SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bakıda türk filmləri pulsuz nümayiş olunacaq - BU TARİXLƏRDƏ

Bakıda türk filmləri pulsuz nümayiş olunacaq - BU TARİXLƏRDƏ

Bakı

Bakıda 26-30 sentyabr tarixlərində keçiriləcək Türk Film Günləri çərçivəsində seçilmiş Türk filmləri pulsuz nümayiş olunacaq.

Yurd.Media xəbər verir ki, bu il 8-ci dəfə keçirilən tədbir Bakı Nizami Kino Mərkəzində qırmızı xalça mərasimi ilə başlayacaq.

Tədbirin şərəf qonağı usta aktrisa Hülya Koçyiğit olacaq. Qala gecəsində aktrisanın baş rolunu oynadığı “Gelin” filmi nümayiş olunacaq.

“Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duygu Sönməz, musiqiçi Arslanbek Sultanbekov və bir sıra film istehsalçıları da tədbirdə iştirak edəcəklər.

Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirliyi, Türkiyə Səfirliyinin dəstəyi ilə təşkil olunan film günləri iki ölkə arasında mədəni əlaqələri gücləndirməyi hədəfləyir.

Prime Leasing