SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bu festival bütöv bir simfoniya kimidir: sülhün nəğməsi səslənir - FOTOREPORTAJ

Bu festival bütöv bir simfoniya kimidir: sülhün nəğməsi səslənir - FOTOREPORTAJ

  • 26 sentyabr 2025, 17:33

Bu festival bütöv bir simfoniya kimidir: keçmiş, bu gün və gələcək harmoniyada birləşir, sülhün nəğməsi səslənir, mədəniyyətin millətləri birləşdirən böyük gücü təcəssüm olunur.

Yurd.Media xəbər verir ki, bunu bugün "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forumun açılışında ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan bildirib.

Onun sözlərinə görə, Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir deyil:

"Bu festival dərin məna daşıyır: o, böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Festival, eyni zamanda, dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır. Mədəniyyət sadəcə lüks deyil, o, xalqlar arasında körpü yaradan, əməkdaşlığa yeni üfüqlər açan yumşaq qüvvədir”, - deyə ICESCO-nun Bakı ofisinin rəhbəri vurğulayıb.

Forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə həyata keçirilir. 

Forumda açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival artıq musiqi həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O bildirib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən genişmiqyaslı Tədbirlər Planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, böyük bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib ki, biz buraya dahi bəstəkar, mütəfəkkir və maarifçi – Üzeyir Hacıbəylinin zəngin irsini müzakirə etmək üçün toplaşmışıq. Onun adı dünya musiqi mədəniyyəti tarixinə əbədi yazılmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı Şərqlə Qərbin vəhdətinin simvoluna çevrilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti professor Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışlarında Üzeyir Hacıbəylinin əbədiyaşar irsindən danışıblar.

Sonra forum iştirakçıları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videomaterialı izləyiblər.

Forum işini panel sessiyalarla davam etdirib.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing