SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Milli Kitabxanada Beynəlxalq Sülh Günü adlı sərgi açılıb

Milli Kitabxanada "Beynəlxalq Sülh Günü" adlı sərgi açılıb

  • 21 sentyabr 2025, 13:39
Bakı

Milli Kitabxanada bu günlə əlaqədar "21 sentyabr - Beynəlxalq Sülh Günü" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan Yurd.Media-ya bildirilib ki, virtual sərgidə Azərbaycan - Ermənistan - ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Ulu Öndər Heydər Əliyevin sülh strategiyası, inkişaf və sülh ideyaları, Prezident İlham Əliyevin sülh missiyası, ümumdünya sülh və inkişaf konsepsiyası, sülh, əmin-amanlıq, təhlükəsizlik, sabitlik və demokratiya və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Prime Leasing