SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda Molla Əhməd məscidində yeni muzey açıldı - FOTO

Bakıda Molla Əhməd məscidində yeni muzey açıldı - FOTO

  • 02 oktyabr 2025, 21:42
Bakı

İçərişəhərdə Molla Əhməd məscidində yeni muzeyin açılışı baş tutub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Yurd.Media-ya bildirilib ki, “Kölgəsiz dünya” sənədli filminin təqdimatı və Azərbaycan Miniatür Sənəti Muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Filmin müəllifləri rəssam Cəmilə Qaşımova və Afaq İmanzadə tamaşaçılara əsərin ideya istiqamətindən söz açıb.

Təqdimatda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra qonaqlar XIV əsrin yadigarı olan Molla Əhməd məscidində təşkil edilən Azərbaycan Miniatür Sənət Muzeyinin açılışına qatılıblar. Açılış mərasimində elm və incəsənət aləminin tanınmış simaları çıxış edərək, muzeyin Azərbaycan miniatür sənətinin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Muzeyin ilk ziyarətçiləri ekskursiya zamanı miniatür sənətinin zəngin nümunələrini görmək imkanı əldə ediblər.

Prime Leasing