Azərbaycan əsilli İran rejissoru Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalının "Qızıl Palma budağı"na layiq görülüb.
Yurd.Media xəbər verir ki, o bu mükafatı "Bir sadə qəza" filminə görə qazanıb.
Qeyd edək ki, Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.
Rejissorun sərt və sosial məzmunlu filmləri İran hökuməti tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.