ADY-nin tarixi binası mədəniyyət abidəsi statusu aldı - FOTO

ADY-nin tarixi binası mədəniyyət abidəsi statusu aldı - FOTO

  • 30 aprel 2025, 12:38
Bakı

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Modern.az-a ADY-dən məlumat verilib.

XX əsrin əvvəllərində inşa edilən və istifadəyə verilən bu bina dəmir yollarının tarixini əks etdirən nadir memarlıq nümunələrindən biri hesab olunur.

Qərara əsasən, bina tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizəyə götürülüb.