600-ə yaxın evdən ibarət 6 küçə: Göygöldə qorunan alman izləri

600-ə yaxın evdən ibarət 6 küçə: Göygöldə qorunan alman izləri

Göygöl

Göygöldə almanların məskunlaşması turizmin canlanmasına səbəb olur.

600-ə yaxın evdən ibarət 6 küçə almanların 19-cu əsrdə məskən saldığı yerdir.

Yurd.Media xəbər verir ki, "İTV" turistlərin Alman Lüteran kilsəsini və Göygöldə son alman olan Viktor Kleninin evini ziyarət etdiklərini bildirir.

Turistlər bildirir ki, Azərbaycanda almanların məskunlaşmasını yeni öyrəniblər. Fərqli xalqın mədəniyyətinin bu cür qorunub, saxlanılması və turistlər üçün açıq olması təqdirə layiqdir.

Bələdçi isə bildirir ki, turistlərin gəlməsinin əsas səbəblərindən biri rayonda keçirilən iri festivallardır.

Bu il rayonda 5 böyük tədbirin keçirilməsi planlaşdırılır. Onların arasında moruq festivalı, milli yaylaq festivalı və digər böyük tədbirlər də var ki, bu da turistlərin sayının artacağını proqnozlaşdırmağa imkan verir.