SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Zəyəm Texnologiyalar Parkı mənfəətdən zərərə keçib

"Zəyəm Texnologiyalar Parkı" mənfəətdən zərərə keçib

  • 17 avqust 2026, 13:47

"Zəyəm Texnologiyalar Parkı" ASC (ZTP) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti yanvar-iyun aylarında 0,5 milyon manat zərər edib (ötən ilin eyni dövrünü 0,2 milyon manat mənfəətlə başa vurmuşdu).

Bu il iyulun əvvəlinə ZTP-nin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 12% az - 18,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 15,85 milyon manat (9,45% az), balans kapitalı isə 2,95 milyon manat (23,4% az), o cümlədən nizamnamə kapitalı 18,3 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Zəyəm Texnologiyalar Parkı" "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,3 milyon manatdır. Onun səhmlərinin 97,29 %-i "AzMade Group" MMC-yə, 2,71 %-i isə 168 fiziki şəxsə məxsusdur. Park ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları