SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Finca Azerbaijan”a 5 milyon manat pul lazımdır

“Finca Azerbaijan”a 5 milyon manat pul lazımdır

  • 17 avqust 2026, 11:59

"Finca Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 5 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onlara illik 15% gəlirlilik vəd olunur.

Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları