“Yelo Bank” ASC-nin sahibi, Rusiyadan olan milyarder Vahid Ələkbərovun sərvəti bu ilin əvvəlindən 147 milyon ABŞ dolları azalıb.
Yurd.Media xəbər verir ki, bu, “Bloomberg Billionaires Index”də öz əksini tapıb.
Məlumata əsasən, iş adamı hazırda 25,2 milyard dollar sərvətə malikdir.
Siyahıya 20 rusiyalı iş adamı daxil edilib, onların ümumi sərvəti 305,3 milyard dollar məbləğində qiymətləndirilir. İndeksdə ümumilikdə 500 sahibkar yer alıb.