SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Virtual aktivlər nə vaxt tənzimlənəcək? – AMB yenə vəd verdi

Virtual aktivlər nə vaxt tənzimlənəcək? – AMB yenə vəd verdi

  • 09 oktyabr 2025, 15:24

Azərbaycan Mərkəzi Bankı (AMB) virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlayır.

Yurd.Media xəbər verir ki, bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

Bu, AMB rəsmisinin eyni məzmunda ilk açıqlaması deyil. Bundan əvvəl F. Tofidi iyun ayında Bakıda keçirilmiş növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") sözügedən sənədin hazırlandığını bildirmişdi.

AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan TofidiAMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi

Ötən ilin dekabr ayında Bakıda baş tutmuş VIII Beynəlxalq Bankçılıq Forumunda isə AMB-nin başqa bir nümayəndəsi Günay Mahmudova da virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsinin hazırlandığını elan etmişdi.

Prime Leasing