"Yelo Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 24,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2% azdır.
Bu il oktyabrın əvvəlinə "Yelo Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 22,6% çox – 1 444,4 milyon manat, o cümlədən kredit portfeli 17,3% çox – 1 031,5 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 274,7 milyon manat (22,3% çox), o cümlədən depozit portfeli 1 039,5 milyon manat (23,5% çox), balans kapitalı isə 169,7 milyon manat (25,7% çox), o cümlədən nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, “Yelo Bank”ın əsas səhmdarı Marina Kulişovadır. O, Rusiyadan olan iş adamı Vahid Ələkbərovun maraqlarını təmsil edir.