SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Unibank ilk 3 ayda 8 milyon manat xalis mənfəət əldə edib

"Unibank" ilk 3 ayda 8 milyon manat xalis mənfəət əldə edib

  • 14 aprel 2026, 16:04

"Unibank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 8,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,9 dəfə çoxdur.

Bu il aprelin əvvəlinə "Unibank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 21,8% çox – 2 196,9 milyon manat, o cümlədən xalis kredit portfeli 17,8% çox – 1 337,1 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 995,3 milyon manat (22,2% çox), o cümlədən depozit portfeli 1 378,5 milyon manat (14,4% çox), balans kapitalı isə 201,5 milyon manat (18,5% çox), o cümlədən nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları