Bu ilin I rübündə Türkiyədən Azərbaycana 49,9 milyon ABŞ dolları pul köçürülüb.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% çoxdur.
Son 1 ildə Azərbaycandan Türkiyəyə pul köçürmələri isə 12,9% azalaraq 28,25 milyon dollar təşkil edib.