"Ziraat Bank Azərbaycan" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 18,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,6% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Ziraat Bank Azərbaycan"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 1 233,7 milyon manat, o cümlədən kredit portfeli 65% çox – 715,9 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 079,35 milyon manat (59,8% çox), o cümlədən depozit portfeli 628,8 milyon manat (13,9% çox), balans kapitalı isə 153,35 milyon manat (19,2% çox), o cümlədən nizamnamə kapitalı 65,5 milyon manat (dəyişməyib) olub.