SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Türk dünyasında ortaq ödəniş sistemi və vahid rəqəmsal cüzdan MÜZAKİRƏLƏRİ - FOTO

Türk dünyasında ortaq ödəniş sistemi və vahid rəqəmsal cüzdan MÜZAKİRƏLƏRİ - FOTO

  • 13 oktyabr 2026, 14:57

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal ödəniş infrastrukturunun inteqrasiyası, ortaq ödəniş sistemlərinin yaradılması və vahid rəqəmsal cüzdanın tətbiqi məsələləri müzakirə olunub.

Yurd.Media xəbər verir ki, bununla bağlı Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” ilə bağlı tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş bildirib ki, qlobal ticarət, logistika və ödəniş sistemlərində yarana biləcək problemlər təhlükəsiz və sürətli maliyyə həllərinə tələbatı artıra bilər. O, rəqəmsal xidmətlərə kənar müdaxilə risklərinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Gülizar YavaşGülizar Yavaş

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov isə fintex sektorunun inkişafında növbəti mərhələnin sürətli böyümə ilə xarakterizə olunacağını qeyd edib. Onun sözlərinə görə, qarşıdakı iki ildə sektorun nəticələrinin qiymətləndirilməsi, qanunvericilik bazasının və mövcud qaydaların yenilənməsi əsas hədəflər sırasındadır.

Vüsal XəlilovVüsal Xəlilov

Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Assosiasiyasının İdarə Heyətinin üzvü Tarık Tombul isə türk dövlətləri arasında ortaq ödəniş sistemlərinin yaradılmasının və tənzimləmə yanaşmalarının yaxınlaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, bu istiqamətdə əməkdaşlıq sərhədlərarası ödənişləri asanlaşdıra və ticarət əlaqələrini gücləndirə bilər.

Tarık TombulTarık Tombul

“Azərbaycan Fintex Assosiasiyası”nın İdarə Heyətinin sədri Edqar Abdullayev rəqəmsal maliyyə ekosisteminin genişlənməsi ilə maliyyə dələduzluğu, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin də aktuallaşdığını bildirib. O, sektorun inkişafı ilə yanaşı, çevik və effektiv tənzimləmə mexanizmlərinin vacibliyini qeyd edib.

Edqar AbdullayevEdqar Abdullayev

“Azərbaycan Banklar Assosiasiyası”nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev isə türk dövlətləri arasında maliyyə infrastrukturlarının inteqrasiyasının dərinləşdirilməsini strateji vəzifələrdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, əsas məqsəd fiziki şəxslər və biznes subyektləri üçün daha sürətli, təhlükəsiz və aşağı xərcli sərhədlərarası maliyyə əməliyyatları mühitinin yaradılmasıdır.

Zakir NuriyevZakir Nuriyev

Qırğızıstanın “Doscredobank” maliyyə təşkilatının baş direktoru Talantbek Omuraliyev türk dövlətləri üçün vahid rəqəmsal cüzdanın yaradılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ölkələr arasında rəqəmsal identifikasiya sistemlərinin qarşılıqlı tanınması və banklararası operatorlar səviyyəsində inteqrasiya maliyyə xidmətlərinə çıxışı asanlaşdıra bilər.

Müzakirələr zamanı , türk dövlətləri arasında fintex əməkdaşlığının əsas istiqamətləri - ödəniş sistemlərinin inteqrasiyası, rəqəmsal identifikasiya, maliyyə təhlükəsizliyi və ortaq texnoloji həllərin inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Gülizar Yavaş
Edqar Abdullayev
Tarık Tombul
Vüsal Xəlilov
Zakir Nuriyev
Skat.az - Ev və Avtomobil elanları