SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Bank Respublika”nın nizamnamə kapitalı 240 milyon manatı keçdi

“Bank Respublika”nın nizamnamə kapitalı 240 milyon manatı keçdi

  • 12 oktyabr 2026, 16:34

“Bank Respublika” ASC-nin nizamnamə kapitalı 240 milyon manatı keçdi.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Bank Respublika” kapitalını daha 39 546 542 manat və ya 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırdı.

Kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 6,65 manatdan 7,96 manata çatdırılması hesabına baş tutub.

Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Skat.az - Ev və Avtomobil elanları