SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Yapı Kredi Bank Azərbaycan 9 ayda 9 milyon manatdan çox xalis mənfəət əldə edib

"Yapı Kredi Bank Azərbaycan" 9 ayda 9 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 13 oktyabr 2026, 10:53

"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı malyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 9,25 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur. 

Bu il oktyabrın əvvəlinə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 53,5% çox – 1 008,9 milyon manat, o cümlədən xalis kredit portfeli 31,5% çox – 532,55 milyon manat təşkil edib. Bankın öhdəlikləri 872,5 milyon manat (62,8% çox), o cümlədən depozit portfeli 630,6 milyon manat (43,6% çox), balans kapitalı isə 136,4 milyon manat (12,8% çox), o cümlədən nizamnamə kapitalı 55,4 milyon manat (dəyişməyib) olub. 

Skat.az - Ev və Avtomobil elanları