"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 352,4 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% çoxdur.
Bu il oktyabrın əvvəlinə ABB-nin aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 21% çox - 16 117,6 milyon manat, o cümlədən xalis kredit portfeli 15,1% çox - 7 183,7 milyon manat təşkil edib. Bankın öhdəlikləri 13 794,9 milyon manat (23% çox), o cümlədən depozit portfeli 10 704,5 milyon manat (24,1% çox), balans kapitalı isə 2 322,7 milyon manat (10% çox), o cümlədən nizamnamə kapitalı 1 281,3 milyon manat (dəyişməyib) olub.