SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Tahir Gözəlin bankının maliyyə göstəriciləri pisləşməyə başlayıb

Tahir Gözəlin bankının maliyyə göstəriciləri pisləşməyə başlayıb

  • 13 oktyabr 2025, 10:31

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 5,5 milyon manat xalis mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrünə nisbətən 9,7% çoxdur. 

Bu il oktyabrın əvvəlinə ASB-nin aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 7,3% çox – 799,4 milyon manat, o cümlədən kredit portfeli 15,2% çox – 296,5 milyon manat təşkil edib. Bankın öhdəlikləri 672,8 milyon manat (7,5% çox), o cümlədən depozit portfeli 474,5 milyon manat (6,8% çox), balans kapitalı isə 126,6 milyon manat (6,2% çox), o cümlədən nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) olub. 

Bununla belə, ASB-nin maliyyə göstəriciləri illik müqayisədə müsbət dinamika göstərsə də, rüblük müqayisədə pisləşib. Belə ki, bu ilin III rübündə Bankın aktivləri 1,9%, o cümlədən kredit portfeli 0,8% azalıb. Bundan başqa, öhdəliklərdə 2,6%, o cümlədən depozit portfelində 3,3% azalma olub, yəni rüb ərzində maliyyə qurumundan 16 milyon manatdan çox depozit çıxarılıb. 

ASB-nin əsas səhmdarı “Anadolu Investment Company” MMC-dir. Bu şirkət isə “Azərsun Holdinq” MMC-yə məxsusdur. Holdinqin sahibi iş adamı Tahir Gözəldir. 

Prime Leasing