“Standard and Poor's” beynəlxalq reytinq agenliyi yaxın illərdə “Azər-Türk Bank” ASC-nin vaxtı keçmiş kreditlərinin xüsusi çəkisinin artacağını – 4%-ə çatacağını istisna etmir.
Yurd.Media xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Qurum bu rəqəmin ötən ilin sonuna 2%-dən bir qədər çox olduğunu, bu il oktyabrın 1-nə isə 3%i keçdiyini xatırladıb, Bankın verdiyi kreditlərin keyfiyyətin pisləşdiyini bəyan edib.
Qeyd edək ki, “Azər-Türk Bank”ın əsas səhmdarı 51% payla Dövlət Neft Şirkətidir (SOCAR). Şirkət Bankdan payı bu il alıb.