Dövlət Neft Şirkəti (SOCAR) maliyyə sektoruna daha 11 milyon manat investisiya yatırmağı planlaşdırır.
Yurd.Media xəbər verir ki, bu, şirkətin səhmlərinin 51%-nə nəzarət etdiyi “Azər-Türk Bank” ASC-nin nizamnamə kapitalının 21,5 milyon manat və yaxud 27,2% artırılması çərçivəsində baş tutacaq.
Hazırda Bankın nizamnamə kapitalı 79 milyon manatdır ki, bunun da 40,3 milyon manatını SOCAR təmin edib. İndi isə kapitalın 100,5 milyon manata çatdırılması planlaşdırılır.
SOCAR həmçinin “Atəşgah Sığorta” ASC-nin səhmlərinin 10%-nə nəzarət edir. Bu şirkət 5 milyon manat nizamnamə kapitalına malikdir.