Bu ilin I yarısında “Şahdəniz” təbii qaz yatağı üzrə mənfəət vergisi ödəmələri 730,4 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% azdır.
Qeyd edək ki, "Şahdəniz" Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Nəhəng yatağın sahəsi 140 kvadrat kilometrdən çoxdur. Yataq 1999-cu ildə kəşf edilib. Yatağda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.