SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Rusiyadan Azərbaycana pul köçürmələri 4%-ə yaxın azalıb

Rusiyadan Azərbaycana pul köçürmələri 4%-ə yaxın azalıb

  • 17 mart 2026, 16:38

2025-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 479,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,5% azdır.

Hesabat dövründə Rusiyadan köçürmələrin ümumi daxilolmalarda payı 45,9%-dən 40,7%-ə düşüb.

Ötən il Azərbaycandan Rusiyaya isə 46,4 milyon dollar pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 20% azdır.

İl ərzində Rusiyaya köçürmələrin ümumi xaricolmalarda payı 11%-dən 9,2%-ə düşüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları