SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“Regional” BOKT-un mənfəəti aşıb-daşır

“Regional” BOKT-un mənfəəti aşıb-daşır

  • 10 aprel 2026, 16:32

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il də əvvəlki il olduğu kimi 0,2 milyon manat xalis mənfəət əldə edib.

Bu ilin əvvəlinə "Regional"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 41,9% çox - 6,6 milyon manat, o cümlədən xalis kredit portfeli 16,1% çox – 4,8 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 4,7 milyon manat (14% çox), balans kapitalı isə 1,9 milyon manat (3,7 dəfə çox), o cümlədən nizamnamə kapitalı 1,6 milyon manat (3,2 dəfə çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları