İran Milli Bankının Bakı filialı bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, filial yanvar-mart aylarında 1,3 milyon manat mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 13,1% azdır.
Bu il aprelin əvvəlinə İran bankının aktivləri ötən il aprelin əvvəlinə nisbətən 0,9% çox - 121,1 milyon manat, o cümlədən kredit portfeli 71,7% çox – 2,1 milyon manat təşkil edib. Bakı filialının öhdəlikləri 66,4 milyon manat (4,5% az), o cümlədən depozit portfeli 37,4 milyon manat (6,1% çox), balans kapitalı isə 54,7 milyon manat (8,3% çox), o cümlədən nizamnamə kapitalı 73,6 milyon manat (dəyişməyib) olub.