SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
A-Qrup Sığorta ötən il 1 milyon manat xalis mənfəət əldə edib

"A-Qrup Sığorta" ötən il 1 milyon manat xalis mənfəət əldə edib

  • 10 aprel 2026, 15:24

"A-Qrup Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilə nisbətən 6,85 dəfə çoxdur.

Bu ilin əvvəlinə "A-Qrup Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 9,9% çox - 30,45 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 16 milyon manat (13,6% çox), balans kapitalı isə 14,45 milyon manat (6,1% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları