SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Rabitəbank qanunvericiliyin tələblərini pozdu - AMB-dən XƏBƏRDARLIQ

"Rabitəbank" qanunvericiliyin tələblərini pozdu - AMB-dən XƏBƏRDARLIQ

  • 07 aprel 2026, 21:49

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank"da qanunvericiliyin tələblərinin pozulması hallarını aşkarlayıb.

AMB-dən Yurd.Media-ya bildirilib ki,  "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam təqdim edib.

Buna səbəb "Rabitəbank" ASC tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulmasıdır.

Qeyd olunub ki, faktla bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə 47-ci maddənin tələbləri rəhbər tutularaq, "Rabitəbank" ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

"Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır", - deyə məlumatda vurğulanıb

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları