"PAŞA Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 39,5 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 5,3% azdır.
Bu ilin əvvəlinə "PAŞA Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 13,6% çox - 316 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 218,8 milyon manat (17,8% çox), balans kapitalı isə 97,2 milyon manat (5% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.