Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən "Mpay" MMC-yə icrası məcburi göstəriş verib.
Yurd.Media xəbər verir ki, AMB-nin yaydığı məlumata görə, "MPay"də həyata keçirilən planlı yoxlamalar zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, şirkətə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması üçün icrası məcburi göstəriş verilib.
Xatırladaq ki, bundan əvvəl AMB "Mpay"ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş vermişdi.