SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda bu il inflyasiya neçə faiz olacaq? - AMB AÇIQLADI

Azərbaycanda bu il inflyasiya neçə faiz olacaq? - AMB AÇIQLADI

  • 04 fevral 2026, 10:04

Azərbaycanda 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5.2% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Yurd.Media-ya bildirilib ki, qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. 

AMB-dən bildirilib ki, baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə endirilib.

Qərar sabahdan qüvvəyə minir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları