2025-ci ilin yekununda Azərbaycan təxminən 84 milyard ABŞ dolları valyuta ehtiyatlarına malik olub. Amma bu, o demək deyil ki, hazırda ölkədə bu məbləğdə dollar kütləsi var.
Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Ehtiyatların ən yaxşı halda 11,5 milyard dolları - Mərkəzi Banka aid hissəsi ölkədə ola bilər. Qalan 72,5 milyard dollar Dövlət Neft Fonduna (ARDNF) məxsusdur və müxtəlif aktivlərə - səhm, istiqraz, qızıl və daşınmaz əmlaka yerləşdirilib. Fondun ehtiyatlarından istifadə etmək üçün həmin aktivlər xarici bazara çıxarılmalı - əmtəə və fond birjalarında satılaraq pula çevirilməlidir. Ötən il ARDNF-in aktivləri təxminən 13 milyard dollar artıb. Bu artımda il ərzində dünya bazarında qızılın təxminən 65% bahalaşması böyük rol oynayıb. Son nəticədə Fondun aldığı qızılın da ümumi dəyəri artıb”, - deyə o qeyd edib.