Maliyyə Nazirliyi vaxtaşırı iri banklara depozit yerləşdirdiyi bir vaxtda 3 il müddətinə kapital bazarından 20 milyon manat borclanmağa qərar verib.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası”ndan bildirilib.
Məlumata əsasən, sentyabrın 9-da dövlət istirazlarının yerləşdirilməsi barədə hərrac keçiriləcək. Nazirliyin bu qərarı barədə rəsmi açıqlama yoxdur, amma çox güman ki, məqsəd qiymətli kağızlar bazarında dövlət sektorunun mövqeyini gücləndirməkdir.
Çünki, cəlb olunacaq vəsait banklara depozit kimi yerləşdirilən vəsaitlərə nisbətdə çox cüzidir. Beləliklə, hər birinin nominal dəyəri 100 manat olan 200 min istiqraza müştəri axtarılacaq. Qiymətli kağızlara illik 8% gəlirlilik vəd olunur.
Faizlər ildə bir dəfə ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.