"M Bulak" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci iln yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 3,4 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 39,8% azdır.
Bu ilin əvvəlinə "M Bulak"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 68% çox - 58,6 milyon manat, o cümlədən kredit portfeli 62,4% çox - 54,7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 26,1 milyon manat (4,5 dəfə çox), balans kapitalı isə 32,5 milyon manat (11,7% çox), o cümlədən nizamnamə kapitalı 10,4 milyon manat (dəyişməyib) olub.