Azərbaycanda lizinq xidmətləri göstərən "Legion Financial" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 1,4 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 12,1% çoxdur.
Bu ilin əvvəlinə “Legion Financial"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 50,1% çox - 20,7 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 15,8 milyon manat (75,1% çox), balans kapitalı isə 4,9 milyon manat (2,6% çox), o cümlədən nizamnamə kapitalı 3,9 milyon manat (10,8% çox) olub.