İpoteka və Kredit Zəmanət Fondu korporativ istiqrazlara dövlət zəmanət verməyə başlayıb.
Yurd.Media xəbər verir ki, mexanizmdən ilk faydalanan şirkət – “Azərmaş Group” MMC olub.
Onun dövriyyəyə buraxmağa hazırlaşdığı 10 milyon manatlıq istiqrazların 6 milyon manatına zəmanət verilib.
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 36 ay tədavüldə olacaq.
Onlara illik 13% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.