“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 440 min manatlıq yeni imtiyazlı səhm buraxmaq istəyir.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, səhbət hər birinin nominal dəyəri 100 manat olan 4,4 min səhmdən gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Bütün səhmlər alınsa, “Finex Kredit”in nizamnamə kapitalı 2,472 milyon manatdan 2,912 milyon manata yüksələcək.
2013-cü ildə yaradılmış BOKT-un səhmlərinin 19,4%-i Xaqan Mirzəyevə, 16,2%-i Səadət Mirzəyevaya, 16,1%-i Azad Cəbraylova, 14,1%-i Səməd Mirzəyevə, 14%-i Raminə Allahverdiyevaya, 6,1%-i Şəlalə Tağıyevaya, 5,6%-i Leyla Salamovaya, 4,6%-i Tokay Şıxəlizadəyə, 3,2%-i Muradxan Mirzəyevə, 0,7%-i isə Gülnarə Tağıyevaya məxsusdur.