“Finans Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 83 min manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,6% azdır.
Bu il iyulun əvvəlinə “Finans Kredit”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,7% çox – 3,1 milyon manat, o cümlədən kredit portfeli 3,2% çox – 2,8 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 2 milyon manat (6,3% az), balans kapitalı isə 1,1 milyon manat (15,5% çox), o cümlədən nizamnamə kapitalı 0,85 milyon manat (32,9% çox) olub.