"Falcon Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,1 milyon manat zərər edib (əvvəlki ili 0,8 milyon manat xalis mənfəətlə başa vurmuşdu).
Bu ilin əvvəlinə "Falcon Finance"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 9,8% çox - 7,4 milyon manat, o cümlədən xalis kredit portfeli 7,4% çox – 7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 5,4 milyon manat (15,4% çox), balans kapitalı isə 2 milyon manat (3% az), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.