SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Ekspert: Əməkhaqqının vergidən azad olunan hissəsi əmək bazarındakı real artımla uzlaşmır

Ekspert: "Əməkhaqqının vergidən azad olunan hissəsi əmək bazarındakı real artımla uzlaşmır"

  • 11 noyabr 2025, 21:52

Əməkhaqqının vergidən azad olunan hissəsinin 20 ildir eyni qalması əmək bazarındakı real artımla uzlaşmır. 

Yurd.Media xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, əgər bu norma inflyasiya və maaş artımı ilə uyğunlaşdırılsaydı, o zaman vergidən azad məbləğ 1600–2600 manat arasında dəyişməli idi:

"Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə şəxsin əsas iş yerində maaşı 2500 manatadək olduqda, 200 manat hissəsi gəlir vergisindən azaddır. Yəni məsələn, şəxsin maaşı 500 manatdırsa, vergi yalnız 300 manatdan tutulur. Bu 200 manatlıq limit 2006-cı ildən tətbiq olunur. Həmin dövrdə minimal əmək haqqı 30 manat, orta aylıq əmək haqqı isə 150 manat idi. Hazırda minimal əmək haqqı 400 manat, orta aylıq əmək haqqı isə təxmini 1100 manatdır, gələn ilə isə 1170,8 manata çatacağı hökumət tərəfindən proqnozlaşdırılır. Deməli, ötən 20 il ərzində minimal əmək haqqı 13 dəfədən çox, orta aylıq əmək haqqı isə təxmini 8 dəfə artıb. Birinci rəqəmi rəhbər tutsaq əmək haqqının vergidən azad hissəsi azı 2600 manat, ikinci rəqəmi rəhbər tutsaq isə təxmini 1600 manat olmalıdır".

Əkrəm HəsənovƏkrəm Həsənov

Prime Leasing
SPE Annual Caspian