SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Dövlət qurumlarının gəlir və xərclərini yoxlayacaq Agentlik yaradıldı

Dövlət qurumlarının gəlir və xərclərini yoxlayacaq Agentlik yaradıldı

  • 30 dekabr 2025, 19:39

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb.

Yurd.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Maliyyə Nazirliyi yanında yaradılan bu qurumun Əsasnaməsi təsdiq edilib.

Nazirlər Kabineti bir ay müddətində Agentliyin işçilərinin say həddini müəyyən etməli, qurumun maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən qurumdur.

Agentlik öz fəaliyyətində Konstitusiyanı, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, qanunları, bu Əsasnaməni, Prezidentin digər fərmanlarını, həmçinin sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı dövlət büdcəsinin vəsaiti, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Agentlik Bakı şəhərində yerləşir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları