"Monetri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 5,45 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 35,1% çoxdur.
Bu ilin əvvəlinə “Monetri"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 49% çox - 35,2 milyon manat, o cümlədən kredit portfeli 2,3 dəfə çox – 20,6 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 10,9 milyon manat (2,4 dəfə çox), balans kapitalı isə 24,3 milyon manat (27% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.