SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
SF Azerbaijan BOKT-un maliyyə göstəriciləri pisləşib

"SF Azerbaijan" BOKT-un maliyyə göstəriciləri pisləşib

  • 01 iyun 2026, 10:12

"SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 15,75 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 58,3% azdır.

Bu ilin əvvəlinə "SF Azerbaijan"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 40,6% az - 48,5 milyon manat, o cümlədən kredit portfeli 73,9% az – 28,6 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 8,7 milyon manat (81,1% az), balans kapitalı isə 39,8 milyon manat (11,8% çox), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "SF Azerbaijan"ın vaxtı keçmiş kredit portfeli də şişib. Bunun nəticəsi kimi son dövrlər Şirvan Şəhər Məhkəməsində borcun tutulması ilə bağlı, Binəqədi Rayon Məhkəməsinə də 60 faizlə verdiyi kreditin qaytarılması üçün müraciət etmişdi.

“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları