SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“SF Azerbaijan” Şirvandakı müştəriləri ilə MƏHKƏMƏDƏ

“SF Azerbaijan” Şirvandakı müştəriləri ilə MƏHKƏMƏDƏ

  • 30 aprel 2026, 10:45
Şirvan

“SF Azerbaijan Bank olmayan Kredit Təşkilatı” (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müştərisini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT cavabdehdən 1036 manat borcun tutulması barədə Şirvan Şəhər Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddia tələbini təmin edib.

Bundan başqa, “SF Azerbaijan" daha bir müştərisinə qarşı Şirvan Şəhər Məhkəməsində iddia qaldırıb.

İddia tələbinə əsasən şirkətin xeyrinə 500 manat əsas, 44 manat faiz, 102 manat komissiya və 353 manat cərimə borcu olmaqla, cəmi 1000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilib.

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən ümumilikdə 671 manat məbləğində pul və 20  manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl “SF Azerbaijan" BOKT Binəqədi Rayon Məhkəməsinə də 60 faizlə verdiyi kreditin qaytarılması üçün müraciət etmişdi.

“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları