SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu il 5 dəfə cəzalandırılan Eliko şirkəti nizamnamə kapitalını 50% artırıb

Bu il 5 dəfə cəzalandırılan "Eliko" şirkəti nizamnamə kapitalını 50% artırıb

"Eliko" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalını artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 50% və ya 300 min manat artıraraq 900 min manata çatdırıb.

Qeyd edək ki, yola saldığımız il ərzində "Eliko" MMC dəfələrlə qanunvericiliyin tələblərini pozması və cərimələnməsi ilə yadda qalıb.

Belə ki, 2025-ci ilin yanvar ayında şirkətin vəzifəli şəxsi valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 500 manat, həmçinin 430.3-cü maddəyə əsasən 10 334 manat məbləğində cərimə edilib.

Mart ayında aylıq hesabatların vaxtında təqdim edilməməsi səbəbilə Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkətə icrası məcburi göstəriş verilib.

İyul ayında valyuta mübadiləsi fəaliyyəti üzrə qaydaların pozulmasına görə vəzifəli şəxs 14 169,23 manat məbləğində cərimə edilib.

Avqust ayında isə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə 1 000 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Ötən həftə isə Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddələrinə əsasən “Eliko” MMC-nin vəzifəli şəxsi daha 10 000 manat məbləğində cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları