SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Banklar Maliyyə Nazirliyindən “yerdən göyə qədər razıdır”

Banklar Maliyyə Nazirliyindən “yerdən göyə qədər razıdır”

  • 31 iyul 2026, 16:53

Bu ilin iyul ayında Azərbaycan bankları Maliyyə Nazirliyindən illik 6,53-7,24%-lə 174 milyon manat vəsait cəlb edib.

Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib.

Məlumata görə, həmin vəsait depozit hərracları vasitəsilə, 28-84 gün müddətinə banklarda yerləşdirilib.

Nazirliyə ödənilən faizlər əhalinin əmanətlərinə görə ödənilən faizlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır. Belə ki, əmanət faizləri 10-12% civarında dəyişir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları