Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 6-nın ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 6 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Qala Sığorta”, “Meqa Həyat Sığorta”, “Xalq Həyat Sığorta”, “Azsığorta”, “Aqrar Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “Aqrar Sığorta”da (87,6%), ən az azalma isə “Qala Sığorta”da (1,8%) qeydə alınıb.
Qalan 10 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “Atəşgah Həyat Sığorta” ASC-də (71,5%), ən aşağı dinamika isə “Atəşgah Sığorta” ASC-də (2,6%) baş verib.