Azərbaycan bankları xarici valyutaya tələbatını “Bloomberg” ticarət platforması üzərindən qarşılıqlı şəkildə ödəyir, son nəticədə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında dollar alan yoxdur.
Yurd.Media xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
O, mövcud vəziyyətdən məmnun olduğunu gizlətməyib.
Xatırladaq ki, sözügedən platforma banklararası pul bazarı qismində fəaliyyət göstərir, vaxtilə ölkədə mövcud olmuş və manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra fəaliyyətini dayandımış “Bakı Banklararası Valyuta Birjası”nı əvəz edir.
T.Kazımov onu da deyib ki, ölkədə dollar bolluğu var və buna görə də, təkcə bu ilin 7 ayında rəhbərlik etdiyi qurum daxili bazardan 2,1 milyard dollar valyuta alıb və özünün ehtiyatlarını 13,8 milyard dollara çatdırıb.