SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ödəniş şirkətinin vergi borcu yarandı

Ödəniş şirkətinin vergi borcu yarandı

  • 31 iyul 2026, 17:29

Ödəniş şirkəti "Guavapay" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 min manata qədər vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin dövlətə borcu 1945 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan əsilli iş adamları tərəfindən Böyük Britaniyada təsis edilən onlayn ödəniş şirkəti “Guavapay Limited” ölkəmizdə fəaliyyət üçün lisenziyanı ötən ilin aprel ayında alıb.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 232 ünvanında təsis edilib. Onun direktoru Fəxri Qasımov Məmmədəli oğludur.

“Guavapay” 2017-ci ildə Böyük Britaniyada təsis edilib. Şirkət təsis edilərkən onun səsvermə hüququ olan payı Türkiyə vətəndaşı Ülviyyə Nəsibova adlı şəxsə, 2018-ci ildən 2023-cü ilin sonuna qədər isə həmin pay Orxan Nəsibova ötürülüb. Sonradan şirkətin payı Nəsibovun səhmdarı olduğu “Tainotech Holding Limited”ə ötürülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları