SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bank VTB Azərbaycanın xalis mənfəəti 8%-ə yaxın azalıb

"Bank VTB Azərbaycan"ın xalis mənfəəti 8%-ə yaxın azalıb

  • 16 iyul 2026, 11:58

"Bank VTB Azərbaycan" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 5,8 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır. 

Bu il iyulun əvvəlinə "Bank VTB Azərbaycan"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,1% az - 336,9 milyon manat, o cümlədən kredit portfeli 19,8% çox - 247,35 milyon manat təşkil edib. Bankın öhdəlikləri 220,7 milyon manat (3,7% az), o cümlədən depozit portfeli 121,8 milyon manat (13,3% az), balans kapitalı isə 116,2 milyon manat (7,7% çox), o cümlədən nizamnamə kapitalı 315,8 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları